lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

günahkar ulduzlardır - ali ashikar lyrics

Loading...

[giriş]
günahkar ulduzlardır
günahkar ulduzlardır
günahkar ulduzlardır
günahkar ulduzlardır

[bənd]
sevməyi sən öyrətdin, ayrı şəhərlərdə sevdik
bəlkə də normaldır, qərar verməli idik artıq hər şeyə
düşündüm… dünya yuvarlaqdır
bəlkə dönər, bir gün biz tərəfdən də gülər bizə

yaradılışın sirləri idi sənin o gözəl gözlərin
sevməyən çıxır, gedir, bəs sevən insan gözləmir?
gözləməzmi? ona görə müqəddəsdir sevgi
“sevirəm” sözü qəlbdən olsa, sözdə olanı özgədir

dostuma belə danışmadım səninlə dostluğumuzdan
heç nəyi gizləməmişdik ta ki, uşaqlığımızdan
bu günə qədər ulduzlara inanmışdıq axmaq kimi
parladılar, biz də inandıq saflığımızdan

köhnələrmi gözəldir?
bəlkə də köhnə ikən daha gözəldir hər şey, inan
danışma, bilməsinlər hekayəmizin əvvəlin
ulduzları seyr edəndə o qədər gözəl gülürdün ki, qıymadım
sonrasında ən gözəl ulduza ismini verdim
hər biri axdı, getdi səmanın dərinliyinə
ən çox gözlədiyim, çox sevdiyin o ulduzsa axmadı
oysa inanmışdıq səmimiliyimizdən

əllərimi açdım ki, düşər indi ovuclarıma
günahkar ulduz oldu, o gecə düşmədi
heç deməmişdim sənə, nə qədər çətin olsa da, bax
vaxt var ikən deyirəm indi * bəlkə heç görüşmədik…

[nəqərat]
günahkar ulduzlardır
kiçik bir arzum vardı
diləyim sən idin, amma olmadı
düşmədin, ovuclarım boş qaldı

sən və mən birgə
yaşlanaq bu ömür keçdikcə
ən gözəli də sənsən içindən
parladın və səni seçdim mən

unutma ki
günahkar ulduzlardır
kiçik bir arzum vardı
diləyim sən idin, amma olmadı
düşmədin, ovuclarım boş qaldı
sən və mən birgə
yaşlanaq bu ömür keçdikcə
ən gözəli də sənsən içindən
parladın və səni seçdim mən

[çıxış]
günahkar ulduzlardır
günahkar ulduzlardır

Random Song Lyrics :

Popular

Loading...