lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

səmazən - akan lyrics

Loading...

skit: (karoz)

“mən soyuğa alışmışam yağmadan qar gəlmədən qış
mən tanrını sevirəm, necəki səni sevmirəm qarşılıqsız!
mən insanlara alışmışam, alışan paltarımda yanan dərimi sevdiyim kimi!
mən sevgiyə inanıram, inancsızların duaları kimi! ”

verse: (akan)

tanrı qeybə çəkilmişdi, bağlıdı pəncərələr
fərqli sabahlar, amma eyni mənzərələr!
ruh qalxar səmazənə, tapşıranda sərçələrə…
şeytanın qoynunda mələylərdə ənsələnər!

qulaqlarıma pıçıldamır bir nəfərdə (getmə)
yarımçığdı səslər, yanırdı evlər
artıq heçəm mən!
tanrı açdı barmaqlarını dediki: keç əyləş!

bu döyüş şahlarındı piyadalar qurbandı
həyat sanki yaşam- ölüm arasında qumardı!
qaranlığımnan as məni, işıqlara kor baxım
torpağ cismi sıxır deyəmi, ruh sevməz torpağı?

bu yol tikanlıdı, və mən ayaqyalınam!
hər addımda keçmişim, dəyirdi ayaqlarıma…
komalara ayılmışam yalvarıram buraxma!
bir ovuc yaxındasan, bir ovuc uzağda!

nəqarət: (sl × akan)
gəl! apar məni səmazənə!
yenə gəl! kəsilməsin əlaqələr…
gəl gəl! apar məni səmazənə!
gəl gəl! çatammıram əhatənə!

verse: (akan)
tənginəfəs addımları qovurdu əqrəblər
bir birinin arxasınca, qaçırdı sərsəmcə!
hər qüsurun ədaləti, ədalətin qüsuru var!
tabuta söz keçmir, gəldim xaç hüzuruna!

danış mənə yaşamaqdan, danışım sənə ölməydən!
danışım hər gecə eyni yuxunu görməydən…
danışım kantuziya, danışım fəryadımnan!
danışım: çağırdım. gəldin amma görməzdən!

gəncliyimi hədər versəm uşaqlığım qayıdarmı?
tanrı zamanı qaytarmır!
gülüşlərin altında kiçik bir kin görünər!
görünməyən varlıqları görəsən kim görüb (hə?)

bu bataqlığın ən dibində bir adam yatır
qaçıb getdi mənnən, addımları sayammadım
getmir ayaqlarım, daha yoxdur heç bir yol, burda bitdi hərşey amma bizi almaz heç bir son!

nəqarət: (akan)
apar məni səmazənə!
kəsilməsin əlaqələr…
apar məni səmazənə!
çatammıram əhatənə

Random Song Lyrics :

Popular

Loading...