son dəfə - abbas bağırov lyrics
[bənd 1]
qapıda son dəfə ilk dəfə kimi
boynunu bükərək durmusan yazıq
məndən uzaqlaşdın cavanlıq kimi
ömrümə qayıtmaz olmusan artıq
əllərin əlimi bir daha sıxmaz
isti nəfəsini son dəfə duydum
gözlərin gözümə baxaraq dolmaz
soyuq baxışını görərək susdum
soyuq baxışını görərək susdum
[nəqərat]
kimdir səni xəyanətə çəkən vəfasız?
məndənmi gözəldir, məndənmi cavan?
bu sual dilimdə qaldı cavabsız
aparırdı sirrini rəhmsiz zaman
kimdir səni xəyanətə çəkən vəfasız?
məndənmi gözəldir, məndənmi cavan?
bu sual dilimdə qaldı cavabsız
aparırdı sirrini rəhmsiz zaman
[bənd 2]
xəyalın qəlbimi hər an yaracaq
beləcə qapıda düşərsən yada
dünyaya sığılmaz kədərə qalacaq
nə asan dəyişdin doğmanı yada
ömrümün ən gözəl çağını aldın
demədin nə üçün məni atırsan
min dəfə “bağışla” deyərək qaldın
atılmış qalmaqdan yoxsa qorxursan?
atılmış qalmaqdan yoxsa qorxursan?
[nəqərat]
kimdir səni xəyanətə çəkən vəfasız?
məndənmi gözəldir, məndənmi cavan?
bu sual dilimdə qaldı cavabsız
aparırdı sirrini rəhmsiz zaman
kimdir səni xəyanətə çəkən vəfasız?
məndənmi gözəldir, məndənmi cavan?
bu sual dilimdə qaldı cavabsız
aparırdı sirrini rəhmsiz zaman
kimdir səni xəyanətə çəkən vəfasız?
məndənmi gözəldir, məndənmi cavan?
bu sual dilimdə qaldı cavabsız
aparırdı sirrini rəhmsiz zaman
kimdir səni xəyanətə çəkən vəfasız?
məndənmi gözəldir, məndənmi cavan?
bu sual dilimdə qaldı cavabsız
aparırdı sirrini rəhmsiz zaman
Random Song Lyrics :
- pov - dooozii lyrics
- shámúre kú (christmas remix) - danifighter lyrics
- count creepy head - johnny cosmic & the night terrors lyrics
- niño, ten cuidao - mamá ladilla lyrics
- albi shayfak - قلبي شايفك - viviane mrad - فيفيان مراد lyrics
- hi-chew - kj the kid lyrics
- supuestos: cianotipia (re-visitado) - kokô cecê lyrics
- gd - izaya tiji lyrics
- la ville des amoureux - orrage lyrics
- достоевщина (dostoevshina) - vaitwon lyrics